Paşinyan əmin etdi - Kommunikasiyalar açılacaq

11:53 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, regionda nəqliyyat əlaqələrinin açılması yaxın gələcəkdə mütləqdir.

Hafta.az xəbər verir ki, Paşinyan bu barədə “Ermənistanın dağ-mədən sənayesi” forumunda çıxışı zamanı bildirib. Deyib ki, - "Əminəm, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh, o cümlədən regional infrastruktur və nəqliyyat əlaqələrinin gözlənilən açılışı, yaxın gələcəkdə baş tutacaq, sənaye üçün daha əlverişli mühitin yaradılmasına töhfə verəcək”.

O, əmin edib ki, hökumət Ermənistan iqtisadiyyatının strateji sahələrindən biri olan mədənçıxarma sənayesinin davamlı inkişafı üçün şərait yaradılmasına xüsusi önəm verir.

Xatırladaq ki, İrəvan Bakı ilə Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə birləşdirən iki variant təklif edir: dəmir yolu və avtomobil yolu. Hesablamalara görə, dəhlizin uzunluğu 42-43 km-ə çatır.